Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Oğru” Caviddən üsyan: Azərbaycanlı avtoritetlər arasında MÜHARİBƏ GEDİR

Lotu Quli ləqəbilə tanınan “qanuni oğru” Nadir Səlifov son illər ərzində ən böyük müqavimətlə rastlaşıb: onun ətrafındakı adamlara atəş açılır, himayəsi altında olan biznesmenlər döyülür.

Boyukmillet.com xəbər verir ki, “Rosbalt” agentliyinin yazdığına görə, azərbaycanlı “qanuni oğru”ya qarşı olan müxalifət genişlənir və möhkəmlənir.
Məlumata görə, bu bloka abxaz kriminal “generallar”ının böyük qrupu qoşulub. Qruplaşmanın lideri də artıq seçilib. Bu, Dato Ağcabədinski adı ilə tanınan “qanuni oğru” Cavid Məmmədovdur. Onun güclü yunan kriminal klanı da dəstəkləyir.

Vəziyyətlə tanış mənbənin sözlərinə görə, Rafiq Masallinski kimi tanınan kriminal avtoritet Rafiq Eyvazovun Səlifova qarşı “üsyan”ın lideri olduğu hesab edilirdi. Qeyd edilir ki, sentyabrın 11-də gecə saatlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda öldürülən Azərbaycan vətəndaşı Elçin Məmmədovun (Nadir Səlifovun ən amansız “cəllad”larından biri hesab edilirdi –red.) qətlinin arxasında da məhz Rafiq Eyvazovun dayanıb.

Xatırladaq ki, Elçin Məmmədov Rafiq Eyvazov üzərində alçaldıcı divanın təşkilatçısıdır. O, Elçinin Türkiyədə restoranlardan birinə çağıraraq onun üzərində açıq məhkəmə təşkil edib. Elşən Rafiqin sol qulağını kəsərək hadisəni videolentə alıb. Bu baxımdan da Rafiq Eyvazovun Səlifova və onun adamlarına qarşı “üsyan”ın lideri olmasının təxmin edilməsi təsadüf deyil.

Ancaq agentliyin həmsöhbəti əmin ediblər ki, Rafiq müxalifətin yalnız “rəsmi üzüdür” və faktiki olaraq icraçıdır. Səlifova qarşı başlanılan müharibənin başında reallıqda Cavid Məmmədov dayanır və bütün müxalifətçilərin fəaliyyətini əlaqələndirir. O birgə “döyüş” hərəkətləri haqqında başqa qruplaşmalarla danışıqlar aparır.

Məsələn, Cavid yaxın vaxtlarda Pıza ləqəbli “qanuni oğru” Raul Bartsba ilə telefon danışığı aparıb. Pıza hazırda Abxaziyada bir nömrəli “qanuni oğru” hesab edilir və Nadir Salifovla münaqişə vəziyyətindədir. Yaxın vaxtlarda “Lotu Quli”nin üç nümayəndəsi – Rəşad İsmayılov, Niko Qarinskiy və Roma Stavropolski “Pıza”nı Abxaziyada döyməyə cəhd ediblər. Pıza tapançadan atəş açaraq Rəşad və Nikonu yaralayıb.

Telefon söhbətinin gedişatında Məmmədov və Bartsba Səlifovla bağlı birgə hərəkət etməyə razılaşıblar.

“Rosbalt” mənbəsinin sözlərinə görə, Dato Ağcabədinskini yunan klanı dəstəkləyir. Eyni zamanda “qanuni oğru”lar Dato Kutaissikiy, Laşi Celadze (Raça) və Zaza Ambroladze də Cavidi dəstəkləyir. Bu üç şəxs qruplaşmanın ağır artilleriyasını təşkil edir. Onlarsız Quliyə qarşı üsyan çoxdan yatırılardı. Rafiq Eyvazov isə yalnız icraçıdır və onun nüfuzu çox azdır.

Mənbənin sözlərinə görə, Məmmədov bir vaxtlar Raça ilə birlikdə həbsdə olub və orada dostlaşıblar. Məhz Celadze Cavidi Dato və Zazaya “qanuni oğru” namizədi kimi tövsiyyə edib. Nəticədə, Cavid “qanuni oğru” kimi “taclandırılıb”. Ancaq bu qərarla Səlifov razılaşmayıb. Quli bildirib ki, yalnız o azərbaycanlılardan kimin bu ada layiq olduğuna dair qərar verə bilər.

Məlumata görə, yunan kriminal klanın Məmmədova ilk dəstək cəhdi uğursuz alınıb. Qulinin adamları Cavidin bütün çevrəsini onun gözləri qarşısında döyüblər. İndi o təcrübə toplayır və böyük dəstək əldə edib. “Rolbalt”ın mənbəyi güman edir ki, qisas üçün vaxt gəlib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir