Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Rövnəq Abdullayev: “Qarşıda bizi gözəl işlər gözləyir”

“Qarşıda bizi gözəl işlər gözləyir. Futbolun inkişafı naminə yeniliklərə imza atacağıq”.

Boyukmillet.com xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev xatırladıb ki, qurumun Növbəti Konfransında keçmiş dövrdə görülmüş işlər barədə danışılıb: “Çətin dövr olsa da, AFFA, futbol ictimaiyyəti futbolun geridə qalmaması üçün əllərindən gələni etdi”.

AFFA prezidenti yeniliklərə misal olaraq, klubların sayının artırılması, ictimai fondların yaradılmasını qeyd edib: “İctimai fondlar hər bir bölgənin öz komandalarına yiyələnməsi anlamına gəlir. Hər bir sakin öz komandasının oyununa getməlidir. Onlar bu istiqamətdə bir addım atsalar, biz iki addım atacağıq”.

Check Also

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …