Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Rusiya beş gün ərzində Ukraynaya 56 raket zərbəsi endirib

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin beş günü ərzində ölkəyə 56 raket zərbəsi endirilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

“Beş gün ərzində artıq Ukraynaya qarşı 56 raket zərbəsi endirilib, 113 qanadlı raket atılıb. Dünya da bilir ki, nə etmək lazımdır. Mən bu gün tərəfdaşlarla bu barədə danışdım”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, raket, bomba və artilleriya ilə silahlanmış şər dərhal dayandırılmalıdır:

“İqtisadi cəhətdən məhv etməklə bəşəriyyətin özünü müdafiə etmək iqtidarında olduğunu göstərmək lazımdır. Hesab edirəm ki, biz səmanın Rusiya raketləri, təyyarələri, helikopterləri üçün tamamilə bağlanmasını düşünməliyik”.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …