Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya Ermənistana nota verib

Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır.

“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, – bəyanatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Sasna Tsrer” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.

Check Also

Ermənistana keçən azərbaycanlı çoban geri qaytarılıb

Yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb. Boyukmillet.com xəbər …