Cümə , 19 Aprel 2024
Drone Cameras

Rusiya hərəkətə keçir: Patruşevin Bakı səfəri…

Nikolay Patruşevin Bakı səfəri göstərdi ki, iki ölkə arasındakı münasibətlərdə çox etibarlı dəhlizlər mövcuddur və onların fəaliyyətinə böyük ehtiyac var.

Bu sözləri Axar.az-a Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, səfər haqqında çox lakonik məlumatlar yayılsa da, təhlükəsizliyin güclənməsi məsələsi ön planda olub:

“Bölgəmiz turbulent regionlara çox yaxındır və həmin regionlarda çox böyük proseslər baş verir. Orta Asiya, Yaxın Şərq bölgələri Qafqaza yaxın olduğundan burada təminatlı sabitlik mexanizmlərinin işlənməsi çox vacibdir. Bu fonda Rusiyanın Qafqaz bölgəsinə olan diqqəti böyükdür. Bilirsiniz ki, “İslam Dövləti” adı altında fəaliyyət göstərən terror qruplaşmaları bu gün istənilən yerdə peyda ola bilər. Rusiyanın Patruşevi Bakıya göndərməkdə məqsədi isə məhz bu təhlükənin qarşısını almaq üçün bölgə dövlətlərinin təhlükəsizlik məsələsində və koordinasiya işində operativ informasiya mübadiləsində yaxından əməkdaşlıq etməkdir. Bu baxımdan da Azərbaycan təkcə Rusiya üçün deyil, digər fövqəlqüvvələr üçün vacib olan ölkədir. Düzdür, Azərbaycan KTMT-yə üzv olmasa da, ikitərəfli formatda Rusiya ilə çox yaxından təhlükəsizlik məsələlərində əməkdaşlıq edir. Ona görə də vaxtaşırı Patruşev, Roqozin regiona səfər edirlər. Bu onu göstərir ki, iki ölkə arasındakı münasibətlərdə çox etibarlı dəhlizlər mövcuddur və onların fəaliyyətinə böyük ehtiyac var”.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 29-da Bakıya səfər edib. N.Patruşev Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə mühüm görüşlər keçirib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir