Cümə , 9 Yanvar 2026
Drone Cameras

Rusiya–Ukrayna müharibəsində iştirak edən azərbaycanlılar barədə cinayət işi açılıb

Azərbaycan Baş Prokurorluğu Rusiya–Ukrayna müharibəsində iştirak edən azərbaycanlılar barədə cinayət işi açıldığını bildirib. 

Prokurorluğun yaydığı məlumatda deyilir ki, Rusiya–Ukrayna müharibəsi və digər xarici silahlı münaqişələrdə iştirak edən ölkə vətəndaşlar ağır cinayət məsuliyyəti daşıyır. 

Rəsmi açıqlamada bildirilir ki, Rusiya-Ukrayna müharibəsində azərbaycanlıların da iştirakı aşkarlanıb.

Qeyd edilir ki, qanunvericiliyə görə, muzdluluq, habelə, Azərbaycan qanunları ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə və qruplarda iştirak 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Açıqlamada bildirilir ki, ideoloji, maddi və ya şəxsi motivlərdən asılı olmayaraq, qanunsuz silahlı birləşmələrdə iştirak cinayət məsuliyyəti yaradır.

“Artıq bu kateqoriyadan olan bir neçə vətəndaş barəsində cinayət işi başlanılıb, bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində uzunmüddətli həbs hökmləri çıxarılıb. Digər işlər üzrə isə istintaq davam edir”, – Baş Prokurorluğun məlumatında deyilir.

Check Also

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb, 14 kq marixuana aşkar edilib

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları …