Bazar , 19 May 2024
Drone Cameras

Rusiya və Azərbaycan bu ilin sonuna qədər Rəşt-Astara dəmir yolu ilə bağlı saziş imzalamağı planlaşdırır

“Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdırlar”.

Boyukmillet.com xəbər verir ki, bunu “Nəqliyyat həftəsi” forumunun plenar iclasında Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov deyib.

“Bu ilin sonuna kimi biz Azərbaycanla da analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yük daşımalarında əlavə artımla tam istifadəyə veriləcək. Yükdaşımalarının əlavə artımı başlanğıc üçün ildə 15 milyon ton yük nəzərdə tutulub. Bunlar hələ kifayət qədər iddialı planlardır, amma həyata keçirilir”, – o bildirib.

O vurğulayıb ki, hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizində üçtərəfli (Rusiya, İran, Azərbaycan) beynəlxalq operatorun yaradılması ideyası müzakirə olunur.

Check Also

Hakan Fidan Pakistana gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir …