Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Rusiyada 5 uşaq atası olan azərbaycanlının qatili həbs olundu – FOTO

İyulun əvvəlində Murinoda qətl törədən 1981-ci il təvəllüdlü Tahir Ömər oğlu Kronov polis tərəfindən saxlanılıb.

Sitat.info xəbər verir ki, adı çəkilən şəxs iyulun 6-sı 2023-cü ildə Lelinqrad vilayətində əslən azərbaycanlı olan 1985-ci il təvəllüdlü Ramil Mikayıl oğlu Rzayevi saat 00:00 radələrində evində  tapanca ilə qətlə yetirib. 

Qatil 5 aydan çoxdur ki, hüquq mühafizə orqanları tərəfindən axtarışda idi. 

Qeyd edək ki, Tahir Kronov ölkəni tərk edib, Türkiyyəyə qaçmaq niyyəti ilə Vsevolojsk rayonunda gizlənib.  

Dekabrın 13-də saat 14:30 radələrində polislər tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.  Xatırladaq ki, qətlə yetirilən azərbaycanlı Ramil Rzayev ailəli idi, 5 övladı var.

Ayna Fərhad,

Sitat.info

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …