Bazar , 10 Dekabr 2023

Rusiyanın Azərbaycandakı səfirliyində “Tu-154” təyyarəsinin qəzaya uğraması səbəbilə dövlət bayrağı endirilib

Rusiyanın Azərbaycandakı səfirliyində Suriyaya istiqamət almış “Tu-154” təyyarəsinin qəzaya uğraması və hadisə nəticəsində 92 nəfərin dünyasını dəyişməsi səbəbilə dövlət bayrağı endirilib.
Bu barədə “Report”a Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər – 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, “Ədalətli yardım” xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.
Qəza ilə bağlı cinayət işi başlanılıb.
Təyyarənin qəzaya uğradığı bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir