Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

İnterpolun dələduzluğa görə axtarışa verdiyi Rusiya vətəndaşı D.B. Türkiyənin Mersin əyalətində saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli təhlükəsizlik idarəsi onun ekstradisiyası prosedurunun başlandığını açıqlayaraq bildirib.

Qeyd edilib ki, Rusiya İnterpol tərəfindən axtarışda olan D.B-nin Mersində olduğu barədə məlumat alındıqdan sonra texniki və fiziki nəzarətə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Bildirilib ki, onun Rusiyaya ekstradisiyası üçün tədbirlər görülür.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …