Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Rusiyanın daha bir iri hərbi gəmisi məhv edilib

Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk teleqramda bildirib.

“Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyseriböyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb.

Xatırladaq ki, daha öncə 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalıb. “RİA Novosti” həmin olayda ekipajın üç üzvünün öldüyünü açıqlamışdı. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırıblar.

https://t.me/reportnewsaz/96552

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …