Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Rusiyanın Kemerovo vilayətində üç günlük matəm elan olunub

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib.

Boyukmillet.com  xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Kemerovo vilayətinin Belovo rayonunda “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub.

Rusiya föqəladə hallar naziri vəzifəsini müvəqqəti icra edən Aleksandr Çupriyan yaralıların yerləşdiyi xəstəxanaya baş çəkib.Bizim Instagram səhifəmizə abunə olun

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …