Cümə , 19 Aprel 2024
Drone Cameras

Sədr: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”

“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”

Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bu gün keçirilən mətbuat konfransında deyib.

Sədr qeyd edib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası icmanın Müşahidə Şurasının iclasında qəbul edilib.

Onun sözlərinə görə, bu sənədin qəbulu Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıtması istiqamətində atılan mühüm addımdır:

“Son 200 ildə azərbaycanlılar Ermənistan tərəfindən deportasiyalara, soyqırımlarına məruz qalıb. Təkcə sonuncu deportasiya zamanı 300-ə yaxın məscid, 500-ə yaxın qəbristanlığımız dağıdılıb”.

“Bu konsepsiya tarixi ədalətə əsaslanır və yaxın vaxtlarda Qayıdış Konsepsiya ictimaiyyətə açıqlanacaq”-, Ə. Ələkbərli vurğulayıb.

Check Also

Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb

Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …