Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Şəmkir rayonunda ölümlə nəricələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, hadisə yanvarın 15-də saat 19 radələrində rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb.

Çinarlı qəsəbə sakini V.Teymurov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Aşağı Seyfəli kənd sakini N.Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …