“Bizim azərbaycanlılar və türklərə əsəbiləşəcək heç nəyimiz yoxdur. Biz İvanişvilinin bizim üçün müəyyən etdiyi yerdəyik”.
boyukmillet.com Eurasia Diary-yə istinadla xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Azərbaycanlılar və türklərin yerində olsaydım, bunları “heç kim” yerinə saymazdım. Hər kəs özünə hörmət edir. Biz İvanişvilinin bizim üçün müəyyən etdiyi yerdəyik. Biz regionun ən cəlbedici, həmçinin dünyanın bir nömrəli reformator ölkəsiydik, amma indi kiçik kəndə çevrilmişik. Rusiya bizi qapadır. Artıq Lazika limanı layihəsini boğublar”.
Qeyd edək ki, bir müddət əvvəl Ankarada Türkiyə, Rusiya və Azərbaycan arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Memorandumun imzalanması mərasimində Gürcüstan tərəfindən heç kim iştirak etməyib. Memoranduma əsasən, bundan sonra Rusiya yüklərinin Bakı-Tiflis-Qars dəmiryoluyla daşınmasına izn veriləcək.