Bazar , 24 Noyabr 2024
Drone Cameras

Sabah Şuşada Qlobal Media Forumu başlayır

Sabah, iyulun 22-də Şuşa şəhərində “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.

Sessiyalarda isə medianın gələcəyi – rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.

Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) – sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum iyulun 23-ü axşama qədər davam edəcək.

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …