Cümə , 13 Sentyabr 2024
Drone Cameras

Sabiq daxili işlər nazirinin qardaşı həbs edildi – ÖZƏL

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov həbs edilib. Bu barədə məlumatı Azinforum.az etibarlı qaynaqlardan əldə edib. Əvəz Əhmədov uzun müddətdir ki, Bakıda yaşayır və biznes fəaliyyətilə məşğul olur. Onun paytaxtın bir neçə yerində müxtəlif profilli ticarət və iaşə “obyektləri” fəaliyyət göstərir. Əvəz Əhmədovun hansı qurum tərəfindən saxlandığı və hansı cinayət əməlini törətməkdə ittiham edildiyi ilə bağlı hələ ki, heç bir rəsmi məlumat verilməyib. Ancaq Azinforum.az öz informasiya kanalları vasitəsilə ilə dəqiqləşdirə bilib ki, Əvəz Əhmədovun həbs edilməsinə səbəb başqa bir iş adamı ilə aralarında yaranmış pul mübahisəsi olub. Bunun da nəticəsində həmin iş adamı sabiq nazirin qardaşından hüquq-mühafizə orqanlarına şikayət verib. Həmçinin qeyd edilir ki, Əvəz Əhmədova  Bakı şəhərində fəaliyyət göstərən “obyektlərində” külli miqdarda vergidən yayınma ittihamı da irəli sürülüb. Mözvu ilə bağlı ətraflı məlumat verməyə çalışacayıq…

 

Check Also

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur

Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir