Cümə axşamı , 2 May 2024
Drone Cameras

Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı türk dilində çap edilib

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının kitabı türk dilində çap olunub.

Boyukmillet.com xəbər verir ki, müəllifin Gəncənin sonuncu xanı – Cavad xana həsr etdiyi “Ölüm zirvəsi” adlı tarixi romanı türk dilində dərc edilib.

Roman gəncəli Cavad xanın həyatını, mübarizəsini əks etdirir. Əsəri türk dilinə məşhur yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının dostu İmdat Avşar çevirib.

İmdat Avşar romanı türkiyəli oxuculara belə təqdim edir: “XIX əsrin ortalarından etibarən Qafqazları aşaraq məqsədli şəkildə cənuba doğru enən Çar Rusiyasının qarşısındakı ən ciddi maneə Cənubi Qafqazın açarı olan Gəncə xanlığı idi. Digər xanlıqlar təslim olsalar da, rus müstəmləkəçiliyinə qarşı duran və “azadlıq bayrağını” Gəncənin ən yüksək zirvələrinə doğru çəkir və ruslarla amansız mübarizə aparıb son nəfəsinə kimi vuruşur.

Qeyd edək ki, “Ölüm zirvəsi” romanı daha əvvəl də gürcü dilində çap olunmuşdu.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir