Dünya Azərbaycanlıları Konqresinin həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Türkiyədə işgüzar səfərdədir.
Boyukmillet.com-a daxil olan məlumata görə, o, səfər çərçivəsində Malatya İnönü Universitetində görüş keçirib. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə rektor prof.dr. Əhməd Qızılay və dos.dr. Həsən Aydemirin açılış və təqdimat çıxışlarından sonra DAK həmsədri “Tarixdən bu günə Qarabağ” mövzusunda məruzə edib. Daha sonra Sabir Rüstəmxanlı tələbələrin çoxsaylı suallarını cavablandırıb. Xalq şairi səfər çərçivəsində Milliyətçi Hərəkat Partiyası Malatya il mərkəzində, Malatya Ülkü Ocaqlarında və Malatya Türk Ocaqlarında da görüşlər keçirib. DAK həmsədrinin Türkiyə səfəri davam edir.
Boyukmillet.com