Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Ukraynada məhkəmə zalında partlayış olub, ölən və yaralananlar var

Ukraynada məhkəmə zalında partlayış olub.
 
 Boyukmillet.com -un APA-nın  verdiyi xeber istinaden Ukrayna Milli Polisinin Dnepropetrovsk vilayəti üzrə idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Nikopol şəhərində baş verib.
 
İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs hadisə yerində ölüb. Daha 9 nəfər yaralanıb. Yaralananlar arasında üç müttəhim, iki konvoy və məhkəmə əməkdaşı var.
 
Faktla bağlı cinayət işi qaldırılıb.
 

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir