Xalq şairi Sabir Rüstəmxanlı Xırdalan qəsəbəsində rastlaşdığı biabırçı mənzərə ilə bağlı fikirlərini bölüşüb. boyukmillet.com Azinforum.az-a istinadən xəbər verir ki, Sabir Rüstəmxanlının fikirlərini olduğu kimi təqdim edir: ” Bu gün Xırdalanln yeni məhəllələrindən birinə qonaq getmişdim. Getməyimə peşman oldum. Belə bir acı peşmançılıq duyğusunu Yeni Yasamala gedəndə yaşayıram… Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər? Niyə bizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşi qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq! Görəsən dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz? Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər? Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir. Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır? Bəs bu Xrdalan deyilən şəhərin bir sahibi yoxdur?”
Check Also
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib
Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …