“Azərbaycan” qəzetinin bərpasından 30 il keçir.
Boyukmillet.com Real TV-yə istinadən xəbər verir ki, 1989-cu ilin oktyabrın 6-da Azərbaycanın ictimai-siyasi həyatında daha bir Azərbaycan doğuldu. Bütün ölkələrin proletarları birləşin! – şüarı altında çıxan qəzetlərdən fərqli. Aydın dili, aydın yolu, elə ətrafında birləşənlər də proletarlar deyildi, Azərbaycanın birliyi və suverenliyi uğrunda mübarizlər idi. Qəzetin nəşri təkcə Azərbaycanda deyil, bütün SSRİ-də partlayış effekti yaratdı.
O vaxt heç kim 70 il əvvəl Azərbaycanın bu adda, bu nişanda qəzeti olmasından xəbərsiz idi. Qəzetin baş redaktoru Sabir Rüstəmxanlı.
Həqiqətən də qəzetin siması elə adı oldu. Bütün Azərbaycan Azərbaycanı oxumağa başladı.
Qəzetdə maarqlı müəlliflər toplaşmışdı. Xalq yazıçıları – Bayram Bayramov, İsmayıl Şıxlıdan tutmuş….
Həqiqətən, “Azərbaycan” Azərbaycanın ən sevilən qəzeti olmağı bacardı. Ən əsası tarixi yaddaşımızı bərpa etdi.
Buna həm də hər şeyə görə, təşəkkür Azərbaycan!