VMF şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi və şirkətin adını daşıyan “VMF” saatlarının təqdimetmə və mükafatlandırılma mərasimi keçirib. |
Interpress.az xəbər verir ki, “Bulvar Hotel”də baş tutan tədbirdə tanınmış elm, sənət adamları, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycanın görkəmli elm və ictimai xadimləri Çingiz Mustafayev Fondu tərəfindən diplom və dəyərli hədiyyələrlə təltif olunub. Qeyd edək ki, Azərbaycanın Xalq Şairi, Dünya Azərbaycanlıları Kinqresinin hənsədri Sabir Rüstəmxanlı və Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı da mükafata layiq görülüblər. Tədbirdə iştirak edən görkəmli yazıçı və siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı bu saatların şirkətinin qurucusu Vahid Mustafayevin uğur yolunu ifadə etdiyini, böyük zövq və məharətlə işlənildiyini qeyd edib. Daha sonra çıxış edən şirkətin qurucusu Vahid Mustafayev hər zaman yeniliklər üçün çalışdığını və VMF saatlarının istehsalı ilə Azərbaycanda bir ilkə imza atdıqlarından məmnunluq diəuyduğunu ifadə edib. |
Check Also
Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …