Şənbə , 18 May 2024
Drone Cameras

Şabranda dəmir yolu çəkən fəhlələrin üzərinə torpaq aşıb

Fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şabran rayon prokurorluğundan bildirilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərlərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Check Also

Nərimanovda 19 yaşlı gənci avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir …