Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

“Sadələşdirilmiş verginin ödəyicilərinin nəzərinə…

Analitik-informasiya şöbəsindən İnterpress.az-a verilən məlumata görə,Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Aktual” bölməsində “Sadələşdirilmiş verginin ödəyiciləri üçün praktiki vəsait” bölməsi istifadəyə verilib. Bölmənin yaradılmasında məqsəd sadələşdirilmiş verginin ödəyicilərinin maarifləndirilməsidir. Vəsaitdə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin onlayn qaydada tərtib edilərək vergi orqanına göndərilməsinə dair video təlimatlar da hazırlanaraq yerləşdirilib.
Qedy edək ki, cari ilin oktyabr ayı sadələşdirilmiş vergi üzrə hesabat dövrüdür. Bu baxımdan vergi ödəyicilərinin praktiki vəsait və video təlimatlarla maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Vəsaitdə vergi ödəyicilərinə sadələşdirilmiş verginin hesablanması və bəyannamənin tərtib edilərək vergi orqanına təqdim edilməsi üçün nəzəri məlumatların verilməsi ilə yanaşı, həm də bu məsələlərlə bağlı praktiki biliklər təqdim olunur. İstifadəçilər vəsaitdəki bölmələrdən istifadə etməklə sadələşdirilmiş verginin hesablanması haqqında geniş məlumat almaq, vergi bəyannaməsinin tərtib edilməsi və vergi orqanına təqdim edilməsi qaydaları ilə tanış olmaq olar. 
“Sadələşdirilmiş vergi haqqında” bölmədə “Sadələşdirilmiş verginin ödəyicisi hansı hallarda ola bilərəm?”, “Nə qədər sadələşdirilmiş vergi ödəməliyəm?” suallarının cavabı ətraflı şəkildə verilib. “Sadələşdirilmiş verginin bəyannaməsi haqqında” bölməsində isə “Bəyannaməni nə vaxt təqdim etməliyəm və vergini nə zaman ödəməliyəm?”, “Bəyannaməni necə tərtib edə bilərəm?”, “Rübün heç bir ayında gəlirim və işçim olmadığı halda nə etməliyəm?”, “Rüb ərzində gəlir əldə etdiyim, lakin təsərrüfat subyektim olmadığı və ya 1 təsərrüfat subyektim olduğu halda nə etməliyəm?”, “Rüb ərzində gəlir əldə etdiyim və 2 və ya daha çox təsərrüfat subyektim olduğu halda nə etməliyəm?”, “Bəyannamənin Əlavə 1-ni nə vaxt təqdim etməliyəm?” kimi suallar ətraflı cavablandırılıb. 
“Sadələşdirilmiş verginin bəyannaməsinə aid Video təlimatlar” alt bölmədə isə “1 və 3 nömrəli Əlavəsiz “Sadələşdirilmiş verginin bəyannaməsi”nin doldurulması”, “Heç bir dövriyyə və işçi olmadığı halda “Sadələşdirilmiş verginin bəyannaməsi”nin doldurulması”, 3 nömrəli Əlavə ilə birlikdə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin doldurulması” üzrə video təlimatlar yer alır. Bundan başqa, praktiki vəsaitdə “Sadələşdirilmiş verginin bəyannaməsi və onun 1 və 3 nömrəli Əlavələrinin doldurulması Qaydaları” və “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə İnzibati Reqlamentlə də tanış olmaq mümkündür. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir