Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: Türk siyasi partiyalarının son 20 ildə ciddi səhvlərinin nəticəsi kimi qəbul etmək lazımdır.

Image result for samir adıgözəlli kimdir

Dünən qardaş Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Həm seçkiyə qədərki dönəmdə həm də seçki prosesi və səslərin hesablanmasında Türkiyə Cümhuriyyəti və Türk milləti bütün dünyaya siyasi mədəniyyət və demokratiya nümunəsi sərgilədi. Dünyanın bir çox ölkəsində, o cümlədən Avropa ölkələrində Türkiyədə olduğu qədər seçki aktivliyi və demokratik seçki təbliğatı mühütü müşahidə olunmur. İstər iqtidar, istərsə də müxalifət partiyaları ölkənin milli mənafeyini başqa dövlətlərin ayağı altına atılmasına heç zaman izin verməyiblər. 31 mart seçkilərində də bir daha Türk qürurunu və əsl Türk demokratiyasını bütün dünyaya nümayiş etdirildi və seçkilərin əsas qalibi olaraq Türk xalqı ayağda olduğunu və ölkəsinə sahib çıxdığını göstərdi. Lakin təəssüfləndiyimiz bir hal var ki, Azərbaycan türklərinin daimi yaşayış yeri olan İğdır və Qars bölgəsində yenə də daxildən və xaricdən qaranlıq əllərin oyunu nəticə vermişdir. Xüsusən bu iki şəhərdə PKK terror təşkilatına simpatizanlığı ilə tanınan bir partiyanın qalib gəlməsini üzülərək qeyd etmək istəyirəm. Bu uğursuzluğu bu seçkilərdə də baş verməsini təkcə xəyanət və satqın dairələrin deyil həm də burada iddialı olan Türk siyasi partiyalarının son 20 ildə ciddi səhvlərinin nəticəsi kimi qəbul etmək lazımdır. Unutmaq olmaz ki, İğdır bölgəsi Türkiyə və Azərbaycanın, o cümlədən bütün Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan regiondur. Burada terroru dəstəkləyənlərin qalib çıxmasında heç şübhəsiz ki hiylə və xəyanət vardır. Bələdiyyə seçkilərinin üzücü İğdır tərəfini qeyd etməklə yanaşı, bir daha qardaş Türkiyədə keçirilən seçkiləri şəffaf və demokratik dəyərləndirərək Türk xalqını təbrik edirəm.

Samir Adıgözəlli

İçtimai-Siyasi Proseslər və Beynılxalq Araşdırmalar Mərkəzinin sədri

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir