Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

Şeyx xəbərdarlıq etdi: “Azərbaycanda məzhəb, din ayrı-seçkiliyi etmək istəyənlər var”

“Allah bizə zəfər versin, arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpaqlarımızda azan səsi gəlsin”.

Boyukmillet.com xəbər verir ki, bunu Ramazan münasibətilə “Əjdərbəy” məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib:

“Sevinirik ki, bu gün Azərbaycanda birlik və vəhdət var. Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu bizim dövlətimizin siyasətdir. Bəzi dövlətlər bizim daxili işimizə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik etmək istəyənlər var. İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb. Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi iki mindən artıq məscid fəaliyyət göstərir. Ramazan ayında böyük fərəhdir ki, erməni işğalından azad olunan torpaqlarımızda birinci dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda  gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız azad olunacaq”.

QMİ sədri deyib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bu yaxınlarda ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir. Bu siyasət öz bəhrəsini verir”.

Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib: “Allah bizi daha da birləşdirsin, dövlətimiz, ordumuz daha da güclü olsun”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir