Cümə , 29 Mart 2024
Drone Cameras

Dörd ərəb dövləti Qətərə səsləndi: “Türk ordusu ölkədən çıxmalıdır!” – DİGƏR TƏLƏBLƏR

Qətərə sanksiyalar tətbiq edən 4 ölkə Dohaya şərtlərini açıqlayıb. APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, tələblərin qeyd olunduğu siyahı Küveyt vasitəsilə çatdırılıb.

Səudiyyə Ərəbistanı başda olmaqla, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətər qarşısında bir neçə şərt qoyub.

Dohadan İranla münasibətləri kəmək, Türkiyənin hərbi bazasını ölkədən çıxarmaq, “Əl Cəzirə” telekanılını bağlamaq, İslam İnqilabı Keşikçiləri Korpusunun bütün üzvlərini ölkədən çıxarmaq, “Hizbullah”, “Əl Qaidə”, “Müsəlman qardaşları” və Yəmən husiləri kimi terror qruplaşmalarına dəstəyi, Qətərlə əlaqələri kəsən ölkələrdən gələnlərə vətəndaşlıq verilməsini dayandırmaq, terrorçuluq və müxalifətçilikdə ittiham olunan həmin ölkə vətəndaşlarını deportasiya etmək, onlar barədə məlumat vermək tələb olunur. Bundan əlavə Dohaya bu şərtləri yerinə yetirib-yetirməyəcəyi ilə bağlı xəbər verməsi üçün on gün vaxt verilib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir