Bazar ertəsi , 11 Dekabr 2023

Sinan Ulutürk “Qarabağ Azərbaycanındır” şüarını əks etdirən köynəklə rinqə çıxacaq

01 iyul 2017-ci il tarixində İstanbulda Dünya Çempionlar King Boks Gecəsi keçiriləcək. Final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və  Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxacaq. Qeyd edək ki, dünya çempionu olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. Möhtəşəm idman yarışında fərqli dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edəcək. Keçiriləcək yarışı izləmək üçün BDM sədri dr. İsmayıl Ağayev sabah İstanbula səfər edəcək. Təntənəli yarış 01 iyul 2017-ci il saat 19:00-da “WOW Hotel İstanbul”-da keçiriləcək.

Xatırladaq ki, döyüş TV8+ kanalında, Türkiyə vaxtı ilə saat 19:30-da canlı yayımlanacaq. İstanbulda yaşayan həmyerlilərimiz gecəyə qatıla bilərlər.

BDM mətbuat xidməti

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir