Şənbə , 19 İyun 2021
Home » Dünya » Siyavuş Novruzov: Vətəndaşlar kreditlə bağlı problem olduqda məhkəməyə müraciət etməlidir

Siyavuş Novruzov: Vətəndaşlar kreditlə bağlı problem olduqda məhkəməyə müraciət etməlidir

Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətli oxumalı, problem olduqda da məhkəməyə müraciət etməlidirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

S.Novruzov qeyd edib ki, ümumilikdə kredit götürəndə vətəndaşlar onu qaytarmağı da düşünməlidirlər: “Evi, maşını və digər əşyaları girov qoyub, sonradan çox böyük problem yaşamağa ehtiyac yoxdur”.

Müzakirələr zamanı bəzi deputatların ölkədə devalvasiyadan sonra banklarda yaranan problemlərlə bağlı fikirlərinə münasibət bildirən S.Novruzov qeyd edib ki, Azərbaycandan qat-qat böyük dövlətlər var ki, onlarda da devalvasiya, eləcə də ÜDM-nin aşağı düşməsi halları baş verdi:

“Dünyada baş verən hadisələr təbii ki, Azərbaycanda da baş verir. Nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər. Amma bunlar kommersiya banklarıdır”.

Check Also

ABŞ Səfirliyi Ermənistandakı amerikalılara XƏBƏRDARLIQ ETDİ

ABŞ-ın Ermənistandakı Səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlı nümayiş etdirməyə …