Çərşənbə , 11 Mart 2026
Drone Cameras

SON DƏQİQƏ: Türkiyədə Mossad agenti SAXLANILDI

İsrailli Mossad agenti Serkan Çiçək, əsl adı Muhammed Fatih Keleş, Türkiyədə saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Respublika Prokurorluğu və İstanbul polisi tərəfindən həyata keçirilib.

S.Çiçək etiraf edib ki, Mossad agenti Faysal Raşidin adına casusluq edib və İsrail siyasətlərini tənqid edən fələstinli fəala casusluq fəaliyyəti göstərib.

Məlumata görə, Çiçək daha əvvəl detektiv kimi çalışıb və İsraillə əlaqəsi olan şəxslərlə əməkdaşlıq edib. O, kəşfiyyat işi üçün kriptovalyuta vasitəsilə maaş alıb.

Həbs Türkiyədə fəaliyyət göstərən xarici kəşfiyyat şəbəkəsinin aşkarlanmasını da təsdiqləyir.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …