Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

Sorğu: “Ərdoğan 53,7 faiz səs toplayaraq prezident seçkisinin ikinci turunda qalib gələcək”

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turunda səslərin 53,7 faizini toplayacaq.

Boyukmillet.com “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Araşdırmalar Fondunun keçirdiyi sorğu göstərir.

Sorğuda ölkənin 26 vilayətindən olan ümumilikdə 3 mindən çox insan iştirak edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilmiş prezident seçkisinin birinci turunda Ərdoğan 49,51 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …