Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Sözçü: “Ukrayna ordusu Baxmut, Toretsk və Berdyansk istiqamətlərində irəliləyir”

“Ukrayna müdafiəçiləri Baxmut, Toretsk və Berdyansk istiqamətlərində uğurla irəliləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalev bildirib.

Onun sözlərinə görə, Zaporoje vilayətinin Lobkovo, Levadnoye, Novodarovka, Donetsk vilayətinin Neskuçnoye, Storojevoye, Makarovka, Blaqodatnoye kəndləri işğaldan azad edilib.

A.Kovalev deyib ki, Ukrayna qoşunları Baxmut istiqamətində sol cinahda 1,5 km, sağda isə 3,5 km irəliləyib: “Berxovsk su anbarı rayonunda isə ötən sutka Ukrayna hərbçiləri 250 metr irəliləyib”.

Sözçü vurğulayıb ki, ukraynalılar Berdyansk istiqamətində 500-1000 metr irəliləyərək 3 kv. km ərazini azad ediblər.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …