Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Sumqayıtda müəllimin şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır

Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

İdarənin təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.

Check Also

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

Bakının Xətai rayonunda kafedə baş verən silalı insident üzrə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 …