Çərşənbə axşamı , 28 May 2024
Drone Cameras

Suqovuşanda Avropa və Dünya Kuboku keçirilə bilər

“Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zungrana və Beynəlxalq Kanoe Assosiasiyasının rəhbəri Tomas Koneçkoya Suqovuşandakı su hövzəsini göstərdik. Əminliklə söylədilər ki, gələcəkdə burada da Avropa və Dünya Kubokları keçirmək olar”.

Boyukmillet.com xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası ilə bağlı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev deyib.

Federasiya rəsmisi reqatanın məhz Suqovuşanda start götürdüyünü xatırladıb: “Daha sonra parad keçirildi. Həmin görüntüləri Avropa və dünya federasiyasının prezidentləri də izlədilər. Onlar iştirak edə bilməsələr də, yarış üçün belə tədbirin təşkilini bəyəndilər. Turnirin ilk günlərində Azərbaycan idmançıları da medallar qazanıblar. Bu gün isə sonuncu finallar gerçəkləşəcək. Ümid edirəm ki, komandamız növbəti medallara da sahib çıxacaq”.

Check Also

Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb

Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb. Federasiyadan “Report”a verilən məlumata görə, təmsilçilərimiz Çimkənd şəhərində təşkil olunan …