Bazar , 11 Yanvar 2026
Drone Cameras

Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub

Təhsil nazirinin müşaviri yeni vəzifəyə təyin olunub.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb.

Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Check Also

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq protokolu imzalanıb. “Report”un Xankəndinə ezam olunan əməkdaşı xəbər …