Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməyi düşünür

“Türkiyə viza rejiminin tətbiqi ilə bağlı Tacikistanı xəbərdar etməyib”.

Boyukmillet.com xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi deyib.

“Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə uyğun olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirir”, – Səmədi bildirib.

Qeyd edək ki, Türkiyə Tacikistan vətəndaşlarına vizasız ölkəyə girişi qadağan edib. Bu barədə fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Qərarın səbəbləri açıqlanmayıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …