Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

Tbilisidə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında keçən görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

“Report”un yerli bürosu xəbər verir ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq illik plana uyğun olaraq intensiv şəkildə həyata keçirilir. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə diqqət çəkilib. İrakli Çikovaninin sözlərinə görə, Gürcüstan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək.

Qeyd edilib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …