Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

“Teknofest Azərbaycan”a təcili yardım briqadaları təhkim olunublar

Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları təhkim olunublar.

Bakı Kristal Zalı və Dənizkənarı Milli Park ərazisində keçirilən “Teknofest Azərbaycan”da 2 həkim məntəqəsi (hərəsində 4 həkim olmaqla – pediatr, terapevt, travmatoloq, nevropatoloq və 2 tibb bacısı) fəaliyyət göstərir.

Həmçinin, ərazidə 2 Təcili və Təxirəsalınmaz Tibbi Yardım postu (hər postda 3 ambulans avtomobili, hər ambulansda 2 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla) işə başlayıb.

Festival müddətində (26-29 may) briqadalar fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, “Teknofest” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə – Azərbaycanda təşkil olunur.

“Teknofest Azərbaycan”ın yerli təşkilatçısı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Check Also

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Guardian” …