Cümə axşamı , 2 May 2024
Drone Cameras

“The Star” qəzeti: Kim Çen Namın çantasında onu öldürən zəhərə qarşı antidot olub

Malayziyada qətlə yetirilən Şimali Koreya lideri Kim Çen Inın qardaşının çantasında onu öldürən zəhərə qarşı antidot olub.

Bu barədə Malayziyanın “The Star” qəzeti həmin maddəni tədqiq etmiş ekspertə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Kim Çen Namın çantasında onun üzündə müəyyən edilmiş VX də daxil olmaqla əsəb paralici yaradan maddələrə və zəhərə qarşı 12 ampul altropin maddəsi olub.

Malayziya Ali Məhkəməsində Şimali Koreya vətəndaşının qətli ilə bağlı dinləmələr zamanı toksikoloq K.Şarmila təsdiq edib ki, martın 10-da tədqiqat üçün ona təqdim edilən maddə antidotdur. O, eyni zamanda, müttəhimlərin vəkillərinin ampulların üzərindəki yazıların Koreya dilində olması barədə iddiasını da rədd edib.

Xatırladaq ki, Şimali Koreya vətəndaşının pasportuna malik olan Kim Çhol cari il fevralın 13-də Kuala Lumpur beynəlxalq aeroportunda vəfat edib. Polis onun dərisində beynəlxalq konvensiyalarla qadağan edilmiş əsəb paralici yaradan VX maddəsinin qalıqlarını aşkar edib. Cənubi Koreya əvvəlcədən həlak olanın Kim Çen Nam olduğunu bildirib və bu, sonradan ekspertiza tərəfindən təsdiq olunub.

Oktyabrda Malayziyanın Şah-Alam şəhərində qətldə təqsirli bilinən iki şübhəlinin məhkəməsi başlanıb. Məhkəmədə koreyalıya aeroportda hücum edən 28 yaşlı Vyetnam vətəndaşı Zoan Thi Xıonqa və İndoneziya vətəndaşı Siti Aiseyə qarşı ölüm hökmü çıxarıla bilər. Həmin şəxslər koreyalının üzünü tərkibində zəhərli VX maddəsi olan dəsmalla siliblər. Müttəhimlərin bildirdiyinə görə, onları video oyunda iştirak etmək üçün razı salıblar və həlak olanın şəxsiyyəti barədə heç bir məlumatları olmayıb.

İstintaqın gedişi zamanı Şimali Koreyanın qətldə əli olduğu fikri səslənsə də, Pxenyan bunu qəti rədd edir və onun bu ölkəni nüfuzdan salmaq məqsədilə törədildiyini bildirir. Hadisədə əli olmaqda şübhəli bilinən bir neçə Şimali Koreya vətəndaşı qətldən dərhal sonra Malayziyanı tərk ediblər. (azertac)

 

boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir