Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“Tik-Tok” məhdudiyyəti və inkişaf edən Çin – Ermənistan amili…

Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən dövlətimiz sosial şəbəkələrlə bağlı bəzi zəruri addımlar atdı. Daha konkret ifadə etsək, müvafiq dövlət qurumunun təqdimatı əsasında Çinin nəzarətində olan “Tik-Tok” sosial şəbəkəsinə girişi ölkəmizdə məhdudlaşdırdı.Bunu çox doğru addım sayıram. Hətta düşünürəm ki, həssas məqamlarda anoloji addımlar digər sosial şəbəkələrlə bağlı da atılmalıdır. Çünki biz yayılması qadağan olunan məlumatların digər sosial şəbəkələrdə paylaşdığının da az şahidi olmuruq.Hesab edirəm ki, Azərbaycanda çox böyük auditoriyanı əhatə edən “Tik-Tok” şəbəkəsi ilə bağlı daha ciddi işlər aparılmalıdır. Bunun da ən başlıcası həmin sosial şəbəkə seqmentində maariflənməni gücləndirməkdən keçir. Apardığım dəqiq müşahidələrim əsasında deyə bilərəm ki, son bir ildə “Tik-Tok”un siması xeyli dəyişib.Bu da ora axın edən jurnalistlərin, tanınmış xəbər saytlarının, siyasilərin hesabına mümkün olub. Bəli, biz imkan verməməliyik ki, həmin seqmentdə bayağılıq, əxlaqsızlıq ön plana çıxsın. Bunun da yolu alternativ təqdim etməkdən keçir. Müşahidələr göstərir ki, “Tik-Tok”da təqdim olunan ciddi kontentlər də qısa müddətdə kütləvi auditoriya yığa bilir. Onlarla belə misal çəkmək olar.Bəyəm, bu inkişafı “Feysbuk” keçməyib? Hazırda ciddi görkəm alan “Feysbuk”a vaxtı ilə çox adam qızla və ya oğlanla tanış olmaq üçün girirdi. Bir neçə deputatımız açıq mətnlə demişdi ki, “Feysbuk” avarların yeridir. Təbiidir ki, hazırda bu təsəvvürlər özünə tərəfdar tapa bilməz. Onda zaman verək ki, hazırda heç də bizə qarşı səmimi mövqedə olmayan Qərb və ABŞ-ın təsirindən uzaq bir sosial şəbəkə də öz təbii inkişaf yolunu ölkəmizdə keçsin.Məni əsas narahat edən məsələnin tam başqa aspektidir. Bəllidir ki, artıq dünya iki qütbdən idarə olunmur. Hər neçə qütbdən idarə edilsə də, onun biri də Çindir. Son vaxtlar Çin-Ermənistan əlaqələri güclü templə inkişaf edir.Çin Rusiyadan sonra ən böyük səfirliyini məhz Ermənistanda tikib. Həmin səfirliyin ümumi sahəsi 40 hektardır. Başqa sahələr üzrə də əməkdaşlıqları sürətlə inkişaf edir. Bu yaxınlarda Çinin Ermənistandakı səfiri Zəngəzurda olub, həmin regiona investisiya qoya biləcəklərini açıqlayıb.Çinin Ermənistana meyl etməsinin bir neçə obyektiv səbəbi var. Onlardan biri də Türkiyə amilidir. Bəllidir ki, Türkiyə Çinin uyğurlarla bağlı siyasətini kəskin tənqid edir. Çin Türkiyə ilə tarixi düşmənçilik aparan və onunla qonşu olan Ermənistana dəstəyi artırmaqla Ankaraya pressinq etməyi hədəfləyir.Bizim xarici siyasətimizin əksər konturları Türkiyə ilə üst-üstə düşür. Ona görə də biz “Tik-Tok”la bağlı tətbiq olunan məhdudiyyəti uzatmaqla ermənilərin əlinə Çinə şikayət etmək üçün əlavə dəlillər verməməliyik. Hazırda Ermənistanda “Tik-Tok”a giriş sərbəsdirsə, biz niyə bunu etməməliyik? Biz bütün mənalarda Ermənistandan güclü ölkəyik. “Tik-Tok” kimi böyük qlobal şəbəkənin imkanlarından öz dövləti maraqları üçün istifadə etməliyi bacarmalıyıq. Həmin şəbəkəyə əbədi məhdudiyyətin qoyulması yox, ondan düzgün istifadənin konturları cızılmalıdır.Bugünlərdə məlumat yayıldı ki, “Tik-Tok”un təmsilçiləri Bakıya səfər ediblər. Onları müstəqil ekspertlər və dövlət rəsmiləri ilə görüşdükləri bildirilir. Yəqin ki, müzakirə olunan mövzular arasında “Tik-Tok”un real durumu da olub.Hazırda böyük əksəriyyət VPN-lə sözügedən sosial şəbəkəyə giriş edə bilirsə, elə məhdudiyyəti də aradan qaldırmaq pis olmazdı.Məhəmmədəli Qəribli jurnalist

image-mehemmedeli-qeribli

Check Also

MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər

Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər. …