Bazar , 19 May 2024
Drone Cameras

Tovuzda 863 nəfərə “Müharibə veteranı” vəsiqəsi təqdim olunub

Tovuz rayonunda 863 Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələrinin təqdim olunması ilə bağlı tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbəri, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları və müharibə veteranları iştirak ediblər.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini, Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıdan bəhs edib, təqdim olunan medalların həmin diqqət və qayğının təzahürü olduğunu bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84 min 423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4 min 300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

“Müharibə veteranı” adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …