Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib.

Boyukmillet.com-un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

Müvafiq suala cavab olaraq Tramp: “Mən onların təklifini rədd edirəm”, – deyib.

Onun sözlərinə görə, Tehran Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutan razılaşma əldə etmək istəyir, çünki “sarsıdıcı məğlubiyyətə uğrayır”.

“Onlar razılaşma əldə etmək istəyirlər və məncə, bu, normaldır. Mən də razılaşmalar bağlamağı sevirəm, amma belə bir razılaşma qəbuledilməz olardı”, – deyə Tramp vurğulayıb.

Check Also

Paşinyandan ŞOK BƏYANAT: Moskva ilə bütün iplər QOPDU – Tarix AÇIQLANDI

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası yolunda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqdan başqa heç bir seçimi …