Cümə , 19 Aprel 2024
Drone Cameras

Tramp: “Klinton üçüncü dünya müharibəsi başlamaq istəyir”

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton Vaşinqtonu Suriyada Moskva ilə hərbi münaqişəyə çəkməyə çalışır ki, bu da üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilər.

“Report” xəbər verir ki, bunu bazar ertəsi Miçiqan ştatında seçicilərlə keçirilən görüş zamanı ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp deyib.

“Hillari və onun müvəffəqiyyətsizliyə uğramış Vaşinqton elitası Yaxın Şərqdə müharibələrə 6 trilyon dollar vəsait sərf edib və indi orada vəziyyət əvvəlkindən də pisdir”, – deyə o bildirib.

“İndi keçmişin xatırlanmadığı Vaşinqton kisəciyində ilişib qalan Hillari, nüvə silahı olan Rusiya ilə münaqişəyə girərək Suriyada həqiqi müharibəyə başlamaq istəyir ki, bu da bizi üçüncü dünya müharibəsinə çəkə bilər”, – deyə milyarder qeyd edib.

“Siyasi dairələrin təkəbbürlü nümayəndələri heç vaxt heç nədən dərs almırlar. Onlar eyni səhvləri təkrar edir, onlar həmin yalan sözləri danışır, onlar sonda müvəffəqiyyətsizliyə uğrayırlar”, – deyə Tramp əlavə edib.

“Hillari öz elektron poçt qutusuna yiyə dura bilmədiyi halda, ölkəni necə idarə edə bilər? Fəlakət, qalmaqal və satqınlıqlar biri-birini əvəz edir”, – deyə o söyləyib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir