Şənbə , 27 Aprel 2024
Drone Cameras

Tramp o qadınla eşq münasibətləri yaşayır – inanılmaz iddia

ABŞ prezidenti Donald Trampın Ağ Saraydakı həyatını anlatdığı kitabı ilə sensasiya yaradan Maykl Volf Trampın Ağ Sarayda yasaq sevgi yaşadığını iddia edib.

Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Trampın sevgi münasibəti yaşadığı iddia edilən şəxs isə Trampın 29 yaşındakı əlaqələr üzrə direktor Hope Hicksdir.

Vəzifəyə gəldiyi gündən bəri həm Amerika daxilində, həm də beynəlxalq arenada qarışıqlığa səbəb olan ABŞ prezidenti Tramp haqıqndakı bir iddia dünya mediasının gündəminə yerləşib.

Alov və qəzəb: Trampın Ağ Evində” adlı kitabla sensasiya yaradan 64 yaşındakı yazar Maykl Vulfun bu iddiası artıq ölkə miqyasında ciddi müzakirə obyekti olub.

71 yaşındakı Trampla 47 yaşındakı birinci ledi Melanianın ayrı-ayrı yataq otaqlarında yatdığını yazan Volf cütlük arasına girən şəxsin isə Ağ Sarayda çalışan biri olduğunu iddia edib. Bəs kimdir bu 29 yaşlı Hope Hicks? İyirmi yaşlarının əvvəlində karyerasına Ralph Lauren markasının modeli olarak başlayan, ardınca Trump şirkətlərində məsləhətçi olaraq çalışan Hicks, Tramp ailəsini ən çox etibar etdiyi şəxslər arasında yer alır.

İnanılmaz iddia Trump o isimle aşk yaşıyor

Modelliklə yanaşı, bir çox jurnallarda “qapaq qızı” kimi görünən Hope Hicks, Donald Trampla qızı İvanka Tramp vasitəsilə tanış olub. Ivanka Trampın tekstil firmasında maneken olaraq çalışan Hicks, bir müddət sonra firmanın məsləhətçilik funksiyasını həyata keçirməyə başlayıb və Tramp ailəsi ilə bu müddətdə bağlarını və əlaqələrini gücləndirib.

Hicks, 2016-cı il Amerika prezident seçkiləri müddətindəki seçki kampaniyasında Trampın ən önəmli köməkçilərindən biri oldu. Bu iş üçün o, İvanka Trampın şirkətindəki məsləhətçi vəzifəsindən də ayrılıb və bütün gücünü Trampın prezident olması üçün komanda işinə sərf edib. (Musavat.com)

Sevinc

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir