Çərşənbə axşamı , 6 Oktyabr 2026
Drone Cameras

Türk general Afrin əməliyyatının hədəfini və gizli planı açıqladı

İhsan Başbozkurt, türk ordusunun mükəmməl koordinasiyaya sahib azsaylı ordulardan olduğunu və Afrin əməliyyatını uğurla sonlandıracağını qeyd edib

Boyukmillet.com “Timeturk”ə istinadən xəbər verir ki, general “Zeytun budağı” əməliyyatının ABŞ və İsrailə mesaj olduğunu söyləyib.

“Şanlı ordumuzun bu əməliyyatı Amerikaya açıq mesajdır. Onların “Böyük İsrail” planı var. Bunun üçün xəritələr də hazırlayıblar. Türkiyə Suriyaya Afrin əməliyyatı ilə ABŞ-a “o xəritələri cır at” mesajını verir” — general qeyd edib. 

İhsan Başbozkurt bildirib ki, İŞİD Amerika üçün bəhanədir: “İŞİD artıq bitib. Hətta var olanda belə, o, ABŞ üçün bəhanə idi. PYD-ni guya onlara qarşı silahlandırıb İŞİD-i yox etməyə çalışırdılar.Pərdə arxasında əsas hədəf İsraildir. Böyük İsrail. PYD terrorçularının Türkiyəyə qarşı silahlandırılması, gücləndirilməsi “Böyük İsrail” planının bir mərhələsidir”.

“Ancaq Türkiyə buna imkan verməyəcəyini Suriyaya girərək göstərdi. PYD-ni bombalayaraq Vaşinqtona açıq mesajlar göndərildi. Onlara “Böyük İsrail” xəritəsini cır zibil qutusuna at deyildi” — sabiq ordu generalı bildirib.

İhsan Başbozkurt, türk ordusunun mükəmməl koordinasiyaya sahib azsaylı ordulardan olduğunu və Afrin əməliyyatını uğurla sonlandıracağını qeyd edib.

Check Also

CHP-ni sarsıdan həbs dalğası: Bələdiyyələrdə ƏMƏLİYYAT BAŞLADI – 50-yə yaxın şəxs SAXLANILDI

Türkiyənin İzmir vilayətinin Bayraqlı Bələdiyyəsində korrupsiya və dövlətə ziyan vurulması iddiaları üzrə aparılan təhqiqat çərçivəsində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir