Çərşənbə axşamı , 3 Noyabr 2026
Drone Cameras

Tramp Rusiya və Ukraynadan yalnız neft zavodlarına zərbələrin dayandırılmasını istəyir

ABŞ prezidenti Donald Tramp hazırda Rusiya və Ukraynanın bir-birinin bütün enerji infrastrukturuna deyil, yalnız neft emalı zavodlarına zərbələrin dayandırılması barədə razılığa gəlməsinə diqqət yetirir.

Boyukmillet.com Axios-a istinadən xəbər verir ki, Tramp Rusiyadan Ukraynanın mülki enerji infrastrukturuna zərbələri dayandırmasını istəməyib: “Ağ Evin yüksək vəzifəli rəsmisi izah edib ki, müzakirə hər iki tərəfin neft emalı zavodlarına hücumları dayandırmaq barədə razılığa gələcəyi potensial razılaşma ilə bağlıdır. Tramp isə Zelenskinin bu şərtə əməl etməsini gözləyir”.

Portalın öz məlumatlarına görə, tərəflər, Amerika prezidentinin iddialarının əksinə olaraq, hələlik belə öhdəliklər götürməyiblər.
Ukrayna tərəfi belə yanaşmanı doğru hesab etmir, yalnız bir neft emalı zavodu olduğunu və onun da Rusiyanın zərbələri nəticəsində artıq fəaliyyət göstərmədiyini bildirir. Eyni zamanda Rusiyanın neft zavodlarınının işğalçı ordunun texnikasını yanacaqla, dövlət büdcəsini müharibəni davam etdirmək üçün gəlirlə təmin etdiyi bildirilir.

Check Also

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela neftindən əldə etdiyi gəlirin İrana qarşı hərbi əməliyyatlara çəkilən …