Şənbə , 31 Oktyabr 2026
Drone Cameras

Tramp Suriyadan çıxdı, İrana hava zərbəsi endirəcək – Şərh

Trampın Suriyadan amerikalı əsgərlərin çıxarılması qərarı ümumi mənada 3 şəkildə izah oluna bilər.

Boyukmillet.com xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, ABŞ “İsrail, Səudiyyə, Bərzani, YPG” dördlüyünə söykənən və ciddi uğursuzluqlara düçar olan Yaxın Şərq siyasətinə ciddi korrektələr edir:

“Xüsusilə 2, 3 və 4-cü aktorları baxımından bu siyasəti həyata keçirir. Digər tərəfdən, bu addım ABŞ-ın İrana hava müdaxiləsi etmə ehtimalını daha da aktuallaşıdıra bilər. Suriya da İranın hədəfi olmaq istəmir. Tramp Adminstrasiyasının bu məsələdəki mövqeyi yetərincə açıqdır. Bir də bu hərbiçilərin Suriyadan hara getdikləri də maraqlıdır”.

Politoloq vurğulayıb ki, ABŞ qlobal siyasətin yeni güc tarazlığına uyğun olaraq Yaxın Şərqdən Sakit okean hövzəsinə doğru yönələcəyi az ehtimal edilir.

Check Also

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

Son bir həftə ərzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10-dan çox hərbi nəqliyyat təyyarəsi İsrailin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir