Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Türkiyədəki uğursuz çevriliş cəhdində Məhəmməd Dahlan izi… – Yaxın Şərqdə müharibələr, sui-qəsdlər kralı, milyarder Dahlan kimdir?

Fələstindən sürgün edildikdən sonra Birləşmiş Ərəb Əmirliklərində   yaşamağa başlayan və son dövrdə BƏƏ tərəfindən dəstəklənən Məhəmməd Dahlanın Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə maliyyə dəstək verdiyi iddia edilir.

Avropa.info xəbər verir ki, Dahlanın adı  Yaxın Şərqdəki bir çox vətəndaş müharibəsində və sui-qəsdlərdə çəkilir.

ABŞ mətbuatının yazdığına görə, milyarder Dahlan çevriliş cəhdi öncəsi Pensilvaniyada yaşayan Fətullah Gülən ilə təmas qurub. Dahlanın dövlət çevrilişi cəhdinin başlanmasından həftələr öncə  FETÖ-yə maliyyə dəstək üçün pul verdiyi və ABŞ-da yaşayan bir iş adamının vasitəsilə Gülən ilə danışıqlar həyata keçirdiyi bildirilir.

ABŞ mətbuatının iddiasına görə, Dahlana yaxın olan iş adamının kimliyinin Türkiyə kəşfiyyatı (MİT) tərəfindən üzə çıxarılıb.

   BƏƏ MƏTBUATINDA ÇEVRİLİŞ TƏBLİĞATI

15 iyul dövlət çevrilişinə cəhdin baş verdiyi gecə mərkəzi ofisi Dubayda yerləşən “Əl Ərəbiyyə” və “Sky News Arabic” dövlət çevrilişi cəhdinin uğurlu olduğu yönündə xəbərlər yaymışdı. Adı çəkilən kanallar prezidenti Ərdoğanın ölkədən qaçdığını iddia edən xəbərlərə yer vermişdilər. Birləşmiş Ərəb Əmirlikləri isə dövlət çevrilişi cəhdinin uğursuz olduğunun anlaşılmasından 16 saat sonra çevrilişi qınayan bir bəyanat vermişdi.

 DAHLAN İNDİ DƏ MİSİRDƏ YAŞAYIR

Birləşmiş Ərəb Əmirliklərinin baş verənlərdən sonra indiyədək dəstəklədikləri Dahlandan uzaq olmaq üçün yeni addımlar atmağa çalışdığı və bu çərçivədə Dahlanı ölkədən çıxarmaq məcburiyyətində qaldığı bildirilir. Milyarder Dahlanın indi hərbi xuntaçı Sisi tərəfindən idarə edilən Misirdə olduğu bildirilir.

DAHLAN və FƏLƏSTİN İDDİALARI

Dahlanın indiyə qədər Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəkləndiyi və bəzi əməliyyatlarda istifadə edildiyi iddia edilir. Belə ki, BƏƏ-nin Dahlanı Fələstin üçün alternativ lider kimi təqdim etməyə və Mahmud Abbası devirərək yerinə gətirmək istədikləri  iddia edilir.

YAXIN ŞƏRQİ QARIŞDIRAN MƏHƏMMƏD DAHLAN KİMDİR?

Məhəmməd Dahlan fələstinli milyarderdir. O, həm də Serbiya vətəndaşıdır. Serbiyaya milyonlarla dollarlıq sərmayə yatırdıqdan sonra, ölkənin baş nazirinin dəstəyi ilə bu ölkənin vətəndaşlığını alıb. Hətta Serbiyanın paytaxtının Məhəmməd Dahlanın pulu ilə yenidən restavrasiya olunduğu bildirilir. 2001-ci ildə Fələstindəki FƏTH Hərəkatı ilə əlaqəsi kəsildikdən sonra, BƏƏ-nin paytaxtı Əbu-Dabidə yaşayırdı.

Dahlanın İsraillə isti əlaqələrinin olduğu, Fələstinin əfsanəvi lideri Yasir Ərəfatın Dahlan tərəfindən zəhərləndiyi iddia edilir. Dahlan 2013-cü ildə Misirdəki hərbi çevrilişin əsas memarlarından hesab olunur. Dahlanın Misir prezidenti Abdulfəttah Sisi üzərində güclü təsir gücünün olduğu bildirilir. Onun hətta Sisini Səudiyyə Ərəbistanının qəzəbinə səbəb olmasına baxmayaraq, Suriya diktatoru Bəşər Əsədi dəstəkləməyə vadar etdiyi qeyd olunur.

Dahlan Türkiyəyə də qarşı sərt münasibəti ilə seçilir.Onun Əl-Ərəbiyyə başda olmaqla bir çox media qurluşlarında Türkiyə əleyhinə yazılar yazdırdığı bildirilir.

Bundan əlavə, Dahlan Fələstində FƏTH-lə Həmasın yaxınlaşmasını əngəlləmək üçün çabalar göstərdiyi haqda da məlumatlar var. Onun hətta FƏTH lideri Mahmud Abbası öldürmək üçün planlar hazırladığı haqda dünya mətbuatında məlumatlar yayılmaqdadır.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir