Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən tədbirdə iştirak edib

İyunun 4-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Tədbirdə uşaqlar ev heyvanları üçün yaradılan şəraitlə və IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar və nahar təşkil edilib, Heydər Əliyev Fondu adından onlara hədiyyələr verilib.

IDEA İctimai Birliyinin “Azərbaycan. Ceyranların xilası” sənədli filminin uşaqlar üçün surdotərcümə ilə nümayişi olub. Filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi təşkil edilib.

Tədbirin məqsədi uşaqların maraqlı və əyləncəli gün keçirmələri ilə yanaşı, onlara erkən yaşlarından təbiətimizə, onun sərvətlərinə qayğının, eləcə də ev heyvanlarına rəğbətin və humanist yanaşmanın aşılanmasından ibarətdir.

Qeyd edək ki, gənclərin ekoloji məsələlərə cəlb edilmələri və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlayıb.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir